SOCAR-ın Kompleks Qazma İşləri Tresti “Pirallahı adası” yatağında 2 quyunun qazma işlərinə başlayıb. Bu barədə şirkətin məlumatında deyilir.
1140 nömrəli meydançada 1193 nömrəli quyunun layihə dərinliyi 895 metr, 1150 nömrəli meydançada 1160 nömrəli quyunun layihə dərinliyi isə 850 metrdir.
Qirməki Altı Lay Dəstəsinə qazılan quyuların hər birindən sutkada 4-5 ton neft hasil ediləcəyi nəzərdə tutulub.
Quyular “Abşeronneft” NQÇİ-nin sifarişi ilə qazılır.*
N.Abbasova