Azərbaycanın gömrük orqanları 9 kq-a yaxın civənin qanunsuz satışının qarşısını alıblar. Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
“DGK-nin Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsi Əməliyyat İdarəsinə əvvəlcədən daxil olan məlumat əsasında Abşeron rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə əməliyyat keçirib. Əməliyyat nəticəsində Bakı-Sumqayıt yolunun 14-cü kilometrliyində yerləşən "Neapol" otelinin həyətində Azərbaycan vətəndaşı Etibar Əliyev ümumi çəkisi 8830 qram olan civəni əməliyyat tədbirinə şərti alıcı qismində cəlb edilmiş gömrük əməkdaşına satmaq istəyərkən saxlanılıb”, - deyə məlumatda deyilir.
Daha sonra E.Əliyevə civəni satması üçün təhvil verən İlqar Bayramov saxlanılıb.
Hər iki şəxsə qarşı Azərbaycan Respublikası CM-nin 240.2.1 maddəsi ilə ittiham elan edilib və barələrində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.
Hazırda qeyd edilən cinayətin törədilməsində iştirak edən digər şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat və istintaq tədbirləri davam etdirilir. **
R.Babayev