İstirahət günləri Dağlıq Qarabağ münaqişəsi zonasında düşmən təxribatı nəticəsində yaralanan hərbi qulluqçu şəhid olub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
“Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində düşmənlə döyüş toqquşmasında yaralanan əsgər Elvin Əhmədov hərbi tibb müəssisəsinə çatdırılıb. Bütün təxirəsalınmaz tədbirlərin görülməsinə və həkimlərin səyinə baxmayaraq aldığı həyatla uzlaşmayan yara səbəbindən şəhid olub”, - deyə məlumatda vurğulanır. **
A.Əzizov