2016-cı il dekabrın 15-də Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə nəticəsində itkin düşmüş neftçilərin axtarışı ilə məşğul olan Axtarış-xilasetmə Qərargahının həyata keçirdiyi əməliyyat zamanı fevralın 28-də dənizin “Pirsaat daş silsiləsi” ərazisində kişi meyiti tapılıb.Bu barədə Qərargahın məlumatında deyilir.
“Meyiti tapılan şəxsin "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması zamanı itkin düşən neftçi olub-olmadığı müəyyənləşdirilir. Mərhumun şəxsiyyəti müəyyənləşdirildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək”, - deyə məlumatda bildirilir.
N.Abbasova