Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının bu gün keçirilən iclasında 100-dən artıq müraciətə baxılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə komissiyadan məlumat verilib.
“İclasda 107 müraciətə baxılıb”, - deyə məlumatda bildirilir.
Bununla da baxılan müraciətlərin sayı 357-yə çatıb.
Prezident İlham Əliyevin Novruz bayramı ərəfəsində əfv sərəncamı imzalaması gözlənilir.
Komissiyaya 800-dən artıq müraciət daxil olub. *
R.Babayev