Aprelin ortalarında Bakıda Rusiya və Gürcüstanla dövlət sərhədlərinin demarkasiyası və delimitasiyası işi davam etdiriləcək. Bu barədə xarici işlər nazirinin müavini Xələf Xələfov bəyan edib.
“13-17 aprel tarixlərində Bakıda ekspertlər səviyyəsində Azərbaycan-Rusiya sərhədinin demarkasiyası məsələsi müzakirə olunacaq. Həmçinin komisiyalarınsədərləri səviyyəsində Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası üzrə müzakirələr keçiriləcək”, - deyə X.Xələfov bildirib. Bu barədə “AzərTAc” agentliyi məlumat verir.
Bakı və Tbilisi sərhədin 2/3 hissəsini razılaşdırıb. Qalan hissə üzrə danışıqlar davam etdiriləcək.
Azərbaycan Rusiya ilə normativ-hüquqi sənədləri hazırlayır və demarkasiya üzrə dəqiqləşdirmələr həayata keçirir. **
R.Babayev