Azərbaycan 2018-ci ilədək ən azı 80 rayonun qazla təchiz edilməsi hesabına qazlaşdırmanın səviyyəsini 94%-ə çatdırmağı planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
"2017-ci ildə Azərbaycanda qazlaşdırmanın səviyyəsinin cari 92%-dən 94%-dək artırılması nəzərdə tutulur", - deyə məlumatda bildirilir.
Bu məqsədlə bu il ən azı 80 kəndin qazla təchiz olunması planlaşdırılır.
2016-cı ildə respublikada 8,2 min km uzunluğunda qaz kəmərləri çəkilib və ya təmir edilib, 36 rayonda 209 yaşayış məntəqəsi qazla təchiz edilib.*
A.Əzizov