Azərbaycanda birinci ticarət festivalı aprelin 10-dan mayın 10-na qədərBakıda keçiriləcək. Bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məlumat verib.
"Birinci ticarət festivalı 2017-ci il aprelin 10-dan mayın 10-na qədərkeçiriləcək. Bu ərəfədə ölkəmizdə bir sıra beynəlxalq tədbirlərin də keçiriləcəyini nəzərə alsaq, bu tədbirə xarici turistlərin marağı daha da yüksək olacaq”, - deyə o, Azərbaycan Turizm Şurasının ikinci iclasında bildirib.
Nazirin sözlərinə görə, ikinci festivalın oktyabr ayında təşkil edilməsi nəzərdə tutulur.
Ə.Qarayev vurğulayıb ki, 2016-cı ildə Azərbaycana səfər edən xarici ölkə vətəndaşlarının sayı 11,7% artaraq 2 mln. 242 min 783 nəfər olub.*
A.Əzizov