Bakıda Novruz bayramı günlərində karnaval təşkil olunacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
“Turizm Şurasının ikinci iclasında Novruz bayramı günlərində paytaxtda karnavalın keçirilməsi layihəsi müzakirə olunub. Karanaval bir həftə ərzində təşkil olunacaq və turistlərin cəlb olunması məqsədi daşıyır”, - deyə məlumatda deyilir.
Layihə Milli TurizmTəbliğat Bürosutərəfindən hazırlanıb.
Nazirlikdən qeyd ediblər ki, turizmin inkişafı məqsədilə Turizm Şurası nəzdində bir neçə işçi qrupunun yaradılması planlaşdırılır. Xüsusilə, qruplardan biri sağlamlaşdırıcı turizmin inkişafı və Naftalan müalicəvi neftinin tədqiqatı ilə məşğul olacaq.
20-24 mart tarixlərində Azərbaycanda Novruz bayramı qeyd olunur. 18-19 mart və 25-26 mart tarixlərinin istirahət günlərinə təsadüf etdiyini nəzərə alaraq, ölkədə Novruz bayramı ilə əlaqədar 9 qeyri-iş günü olacaq, **
A.Əzizov