Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2017-ci ilin fevral ayında valyuta hərraclarında $258,4 mln. məbləğində valyuta satıb. Bu barədə fondun məlumatında deyilir.
«Fevral ayı ərzində ARDNF $258,4 mln. məbləğində valyuta satıb», - deyə məlumatda qeyd olunur.
Xəbər verildiyi kimi, ARDNF 2017-ci ilin yanvar ayında valyuta hərraclarında $285 mln. məbləğində valyuta satıb. Beləliklə, fevralda valyuta satışının həcmi yanvar ayı ilə müqayisədə 9,3% azalıb.
Yanvar-fevral aylarında ARFNF valyuta hərraclarında $543,4 mln. ümumi məbləğində valyuta satıb
2016-cı ildə ARDNF ümumilikdə $4,9 mlrd. ümumi məbləğində xarici valyuta satıb, bu da 2015-ci ilin göstəricisindən 37,5% azdır. **
A.Əzizov