Ermənistan silahlı birləşmələri Ağdam rayonunun təmas xəttinə yaxın olan yaşayış məntəqələrini daim atəş altında saxlayır. Bu barədə Ağdam rayonunda monitorinq keçirən ATƏT nümayəndələrinə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov məlumat verib.
“Ermənistan silahlı birləşmələri rayonun təmas xəttinə yaxın olan yaşayış məntəqələrini daim atəş altında saxlamaqla, dinc əhalinin təsərrüfat işləri ilə məşğul olmasına maneçilik törətməyə cəhd göstərirlər”, - deyə o, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Piter Şvedberqə bildirib.*
R.Babayev