Cari ilin yanvar-fevral ayları ərzində istehsalatda bədbəxt hadisələr nəticəsində 10 nəfər həlak olub. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindənməlumat verilib.
“Bu dövrdə Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən istehsalatla əlaqəli 30 bədbəxt hadisənin (o cümlədən qrup halında baş vermiş bir istehsalatla əlaqəli bədbəxt hadisənin) qeydiyyatı aparılıb”, - deyə məlumatda deyilir.
Bədbəxt hadisələr nəticəsində 10 nəfər həlak olub, 22 nəfər xəsarət alıb. **
R.Babayev