Qaz Emalı Zavodu enerji qurğularının sınaqdan keçirilməsi və texniki xidməti üçün şirkət seçir. Bu barədə zavodun elanında qeyd olunur.
Seçim açıq tender üsulu ilə həyata keçirilir.
Tenderdə iştirakın dəyəri 120 manat təşkil edir.
Şirkətlərdən təkliflər 7 aprel 2017-ci il tarixinədək qəbul olunur. Tender proseduru da aprelin 7-də başa tutacaq. **
N.Abbasova