Bakı İstintaq Təcridxanasında saxlanılan bloger Aleksandr Lapşin Azərabycan dövləti tərəfindən təyin edilmiş vəkil Səfər Hüseynovdan imtina edib.
“Mə artıq Lapşinin vəkili deyiləm. Biz artıq birlikdə çalışmırıq”, - deyə S.Hüseynov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Xəbər verildiyi kimi, A.Lapşinin hüquqlarını blogerin ailəsi tərəfindən tutulan Eduard Çernin müdafiə edəcək. **
R.Babayev