Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) Xorvatiyada (habelə Balkan region üzrə) nümayəndəliyi açılıb. Bu barədə ASK-nın məlumatında deyilir.
“Xorvatiyada fəaliyyət göstərən tanınmış iş adamı Yusif Eyyubov nümayəndəliyin rəhbəri vəzifəsinətəyin edilib”, - deyə məlumatda qeyd edilir.
Nümayəndəlik Balkan ölkələri və Azərbaycan Respublikasının biznes icmaları arasında səmərəli iqtisadi əlaqələrin inkişaf etdirilməsi, yeni imkanların, ticarət və investisiyaların təşviq olunması, ticarət, sənaye və kənd təsərrüfatı və s. ikitərəfli əlaqələrin genişlənməsi məqsədi ilə yaradılıb.
Bununla da ASK-nın xarici ölkələrdəki nümayəndəliklərinin sayı 16-ya çatıb.*
A.Axundov