SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) 2017-ci ilin yanvar-fevral aylarında Novorossiysk limanından Bakı-Novorossiysk neft kəməri ilə ixrac edilmiş 1 mln. 159,777 min ton neft yola salıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
Xəbər verildiyi kimi, ötən ilin yanvar-fevral aylarında ARDNŞ Novorossiysk limanından 1mln. 258 min ton neft yola salıb. Beləliklə, bu ilin analoji dövründə Novorossiysk limanından şirkət tərəfinən ixrac olunan neftin hıcmi 619,3 dəfə artıb.
2017-ci ilin fevral ayında SOCAR Novorossiysk limanından 79,841 min ton neft yola salıb.
Şirkətin məlumatına görə, dekabr ayında dünya bazarlarında “Brent” markalı neftin bir barelinin orta qiyməti $53,63, “Urals” markalı neftin bir barelinin qiyməti $52,69, “BTC FOB Ceyhan” markalı neftin qiyməti $54,92 təşkil edib.
2016-cı ilin fevral ayında ötən il üçün SOCAR və Rusiyanın "Transneft" şirkəti Azərbaycan neftinin Bakı-Novorossiysk boru kəməri ilə nəqli haqqında müqavilə imzalayıb. Ümumilikdə, 2016-cı ildə 1,3 mln. tona yaxın neft nəqli planlaşdırılıb.
Azərbaycan 1997-ci ildən öz neftini Bakı-Novorossiysk kəməri ilə nəql edir. **
N.Abbasova