Rəsmi Bakı Ermənistan tərəfindən qətlə yetirilmişAzərbaycan əsgərlərinin cəsədlərinin qaytarılmasında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) rolunu yüksək qiymətləndirir.
Rəsmi KİV-lərin məlumatına görə, Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Cenevrədə BQXK-nın prezidenti Peter Maurer ilə görüşdə Ermənistan tərəfindən qətlə yetirilmiş Azərbaycan əsgərlərinin cəsədlərinin qaytarılmasında BQXK-nın vasitəçiliyini xüsusi qeyd edib.
O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kontekstində BQXK-nin fəaliyyətinin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.
Tərəflər əlaqələrin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə ümidvar olduqlarını bildiriblər.*
R.Babayev