Ülvi Qasımov və Zamiq İsaoğlu Azərbaycan Beynəlxalq Bankının (ABB) İdarə Heyəti sədrinin müşavirləri vəzifəsinə təyin ediliblər. Bu barədə bankın məlumatında deyilir.
Ü.Qasımov ABB-də korporativ bankçılıq istiqamətinin inkişafı, Z.İsaoğlu isə korporativ idarəetmə məsələləri ilə məşğul olacaq.
Bundan başqa, Eldar Xəlilov bankın İnsan resursları departamentinə karyera planlanması və işə qəbul meneceri olaraq təyin edilib.
Ü.Qasımov bank sektorunda 2006-cı ildən fəaliyyət göstərir. Son təyinata qədər “Unibank” ASC-də çalışıb.
Z.İsaoğlu 2010-cu ildən Azərbaycan Respublikasının Mərkəzi Bankında müxtəlif vəzifələrdə çalışıb. Son təyinata qədər “Azər-Türk-Bank” ASC-də daxili nəzarət meneceri olub.
E.Xəlilov isə son təyinata qədər “Paşa Bank” ASC-nin karyera planlanması və işə qəbul meneceri olub.*
A.Əzizov