“Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycan İpoteka Fondu ASC-nin xarici və milli valyutada emitentindefoltununuzun müddətlireytinqlərini “BB+” səviyəsində təsdiq edib, proqnoz - “mənfi”dir. Bu barədə agentlikdən məlumat verilib.
“AİF-in reytinqləri Azərbaycanın suveren reytinqlərinə uyğunlaşdırılıb (BB+, proqnoz - “mənfi”), bu da Fondun dövlət ilə sıx əlaqələrini, dövlət mənzil siyasəti üçün strateji mühüm rolunu və hökumətin Fondun fəaliyyətinə gücülü nəzarəti əks etdirir. Həmçinin reytinqlər AMB-nin AİF-in istqrazları üzrə zəmanətini dəstəkləyir”, - deyə məlumatda deyilir.
Agentlik qeyd edir ki, 2016-cı ilin sonuna ümumi maliyyələşmənin həcmi 316 mln. manat təşkil edib. Eyni zamanda, hökumət 2017-ci ildə fonda əlavə olaraq 50 mln. manat həcmində kapital ayrılmasını təsdiq edib.
“AMB-nin zəmanəti təkrar bazarda AİF-in istiqarazları üzrə stabil likvidlik verir. 2016-cı ilin sonuna AİF-in dövriyyədə olan istiqrazlarının həcmi 335 mln. manat təşkil edib. Onların əksəriyyəti AMB-nin ixtiyarındadır”, - deyə məlumatda vurğulanır.
Qeyd olunur ki, ölkənin baş nazirinin sədrlik etdiyi Maliyyə Sabitliyi Şurası 2017-ci ildə 200 mln. manat ümumi məbləğdə AİF-in zəmanətli istiqrazlarının buraxılmasını təsdiq edib. Agentlik ortamüddətli dövrdə AİF-in dövlətdən dəstək alacağına ümid edir. **
A.Axundov