Dağlıq Qarabağ münaqişəsinin nizamlanması regiona sabitlik gətirəcək. Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta bəyan edib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, R.Sekuta Vaşinqtonda ABŞ-Azərbaycan Ticarət Palatasının ikitərəfli iqtisadi əlaqələrə və diplomatik münasibətlərin 25 illiyinə həsr olunmuş konfransında çıxış edib.
“R.Sekuta qeyd edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycana və regiona sabitlik və rifah gətirəcək", - deyə məlumatda deyilir. **
A.Əzizov