SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2017-ci ilin yanvar-fevral aylarında qazma işlərinin həcmini ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 10,3% - 18,584 min metrədək artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
“2017-ci ilin yanvar-fevral aylarında SOCAR üzrə qazma işlərinin bütün həcmi istismar qazma işlərinin payına düşüb. Fevralda SOCAR üzrə qazma işlərinin həcmi 7,438 min metr təşkil edib”, - deyə məlumatda qeyd olunur.
Yanvar-fevral aylarında şirkətin qazma idarələri tərəfindən 13, həmçinin fevralda 7 quyu istismara verilib.
2016-cı ildə SOCAR üzrə qazma işlərinin həcmi 105,245 min metr təşkil edib.**
N.Abbasova