Azərbaycan Dünya Bankı (DB) ilə birgə kənd təsərrüfatı sahəsində yeni layihələr həyata keçirməyi planlaşdırır. Bunu kənd təsərrüfatı naziri Heydər Əsədov Dünya Bankının Azərbaycan üzrə meneceri Navid Həsən Naqvinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.
“DB-nin aqrar sahədə həyata keçirdiyi layihələr Strateji Yol Xəritəsində nəzərdə tutulan əsas hədəflərin icrasına, infrastruktur sahələrin yaradılmasına, kənd təsərrüfatı sahəsi üzrə verilən kreditlərin verilmə mexanizmində dəyişikliklərin olunmasına, yeni müasir texnologiyaların fermerlərə ötürülməsinə, nümunəvi fermer təsərrüfatlarının və özəl baytarlıq xidmətlərinin yaradılmasına yönəldilməlidir”, - deyə nazir bildirib.
DB nümayəndələri Azərbaycanda aqrar sahədə yeni layihələrin həyata keçirilməsində maraqlı olduqlarını və bu layihələrin istiqamətlərini müzakirə etməyə hazır olduqlarını bildiriblər.*
A.Axundov