Azərbaycan prezidenti İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarının təşkili və keçirilməsi ilə əlaqədarbəzi tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Nazirlər Kabinetinə bir ay müddətində akkreditasiya olunacaq şəxslərin dairəsini müəyyən etsin, akkreditasiyadan keçmə qaydasını və akkreditasiya kartının formasını təsdiq etmək, akkreditasiya sisteminin fəaliyyətinin təmin edilməsi üçün zəruri tədbirlər görmək tapşırılıb.
Akkreditasiyadan keçmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2017-ci il aprelin 1-dən iyulun 1-dək pasport və ya digər sərhədkeçmə sənədləri və akkreditasiya kartı əsasında viza almadan Azərbaycan Respublikasına gələ və Azərbaycan Respublikasından gedə bilərlər.
Bundan başqa, IV İslam Həmrəyliyi Oyunlarının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının ərazisində əmək fəaliyyətinə cəlb edilən və müvafiq qaydada akkreditasiyadan keçmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün iş icazəsinin alınması tələb olunmur. **
A.Əzizov