Azərbaycan prezidenti İlham Əliyev 2017 Formula 1 Azərbaycan Qran-Pri yarışının təşkili və keçirilməsi ilə bağlıAzərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayanşəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında
sərəncam imzalayıb.
Dövlət başçısının saytında dərc olunan sərəncama əsasən, Formula 1 Azərbaycan Qran-Pri yarışı ilə əlaqədar Azərbaycana gələn sənədlərdən hər hansı birini təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2017-ci il mayın 15-dən iyulun 15-dək Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza ala bilərlər.
Aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilir: Formula 1 yarışlarının beynəlxalq təşkilatçıları olan “Formula One Management Limited” şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən kart və ya digər sənəd.
Formula 1 Azərbaycan Qran-Pri yarışı 23-25 iyun tarixlərində Bakıda keçiriləcək. **
A.Əzizov