Bakı və Brüssel strateji tərəfdaşlığa üzrə yeni sazişə dair danışıqların növbəıti mərhələsinin keçirilməsi tarixini razılaşdırır. Bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard bu gün jurnalistlərə deyib.
“Azərbaycanla yeni saziş üzrə danışıqlar fevralın 7-də Brüsseldə başlayıb. Hazırda hər iki tərəf danışıqların növbəti mərhələsinə hazırlaşır”, - deyə M.Mard bildirib.
Onun sözlərinə görə, Bakı və Brüssel arasında ikitərəfli iqtisadiyyat, miqrasiya, ticarət, və mədəniyyət sahələrində inkişaf etdirməyə dair konsensus mövcuddur. **
R.Babayev