XX əsrin sonunda I Qarabağ müharibəsi illərində ermənilər tərəfindən 373 terror aktı törədilib. Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev deyib.
“1988-1994-cü illərdə ermənilərin Azərbaycan əhalisinə qarşı törətdikləri 373 terror aktı nəticəsində 2 mindən artıq dinc azərbaycanlı həlak olub”, – deyə o, bu gün “Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.
Xidmət rəisi qeyd edib ki, Azərbaycan uzun əsrlərdir terrorizmin müxtəlif təzahürləri ilə üzləşir. «20-ci əsrin əvvəllərində erməni terrorçuları Gürcüstanda Azərbaycanın görkəmli dövlət xadimlərini qətlə yetiriblər. 1980-ci illərdə erməni terrorizmi yenidən baş qaldırdı», - deyə M.Quliyev vurğulayıb.
Onun sözlərinə görə, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan ərazisinin 20%-i işğal edilib.
«Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində hazırda Bakı dövlət sərhədlərinin 132 kilometrlik hissəsinə nəzarət edə bilmir», - deyə DTX rəisi qeyd edib.*
R.Babayev