2017-ci ildə Azərbaycanda barama istehsalının həcmi 120 ton təşkil edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
“2019-cu ildə istehsal həcmini 1,2 min tona çatdımaq planlaşdırılır”, - deyə məlumatda deyilir.
Xəbər verildiyi kimi, 2016-cı ildə Azərbaycanda 70 tondan artıq barama istehsal olunub. **
A.Axundov