Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün keçirilən növbəti depozit hərracında 200 mln. manat cəlb edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
“Mərkəzi Bank martın 3-də növbəti depozit hərracı keçirib. Hərracda təklif 218 mln. manat təşkil etsə də, AMB 200 mln. manat cəlb edib. Orta ölçülmüş faiz dərəcəsi 14,79% təşkil edib”, - deyə məlumatda bildirilir.
Vəsait 14 gün müddətinə cəlb edilib.
Xəbər verildiyi kimi, AMB depozit hərraclarının keçirilməsinə 2016-cı ilin iyun ayında başlayıb.*
A.Əzizov