2016-cı ildə Vergilər Nazirliyinin Vergi Apellyasiya Şurası 171 müraciət daxil olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
“2016-cı ildə Vergi Apellyasiya Şurasına vergi ödəyicilərindən 171 müraciət daxil olub”, - deyə məlumatda deyilir.
Bununla belə, müraciətlərdən 61-i kameral vergi yoxlamasının, 42-si səyyar vergi yoxlamasının, 28-i operativ vergi nəzarətinin nəticələri və qalanı isə digər məsələlərlə bağlı olub.
Hesabat dövründə Şura tərəfindən müraciətlərin 64-ü tam, 23-ü qismən təmin edilib.
2010-cu ilin sentyabr ayında vergilər naziri Fazil Məmmədov Vergi Apellyasiya Şurasının yeni tərkibini təsdiq edib.
Şuranın vəzifələrinə vergi ödəyicilərinin şikayətlərinə baxılması prosesinin yaxşılaşdırılması, onların hüquqlarının və qanuni mənafelərinin müdafiəsi, şikayət və iddialarına məhkəməyə qədər sadələşdirilmiş prosedurlara əməl edilməklə baxılması daxildir. 2015-ci ildə Şura tərəfindən 54 müraciətə baxılıb. **
A.Axundov