Azərbaycan prezidenti İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində İrana minnətdarlığını bildirib. Bu barədə İ.Əliyev bazaar günü Tehranda İran İslam Respublikasının prezidenti Həsən Ruhani ilə mətbuata birgə bəyanatlarla çıxışı zamanı bildirib.
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi əsasında həll olunması istiqamətində səylərinə görə İran İslam Respublikasına minnətdarlığımızı bildiririk.u mövqe beynəlxalq prinsiplərə, qanuna və ədalətə əsaslanır”, - deyə İ.Əliyev bəyan edib.
İ.Əliyev qeyd edib ki, hər bir ölkənin ərazi bütövlüyü toxunulmazdır.
“Siyasi əlaqələrimiz yüksək səviyyədədir. Biz bütün beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik”, - deyə İ.Əliyev vurğulayıb.
H.Ruhani qeyd edib ki, İran bu əqidədədir ki, ölkələrin ərazi bütövlüyünə hörmət edilməli, regiondakı münaqişələr danışıqlar və diplomatik yollarla tənzimlənməlidir.
“Ümidvarıq ki, Dağlıq Qarabağ münaqişəsi danışıqlar yolu ilə həllini tapacaq”, - deyə İranın prezidenti bildirib. **