İstirahət günlərində Azərbaycan ərazisində baş vermiş 6 yol-nəqliyyat hadisəsi nəticəsində 6 nəfər həlak olub, 1 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Şənbə və bazar günlərində 166 cinayət faktı qeydə alınıb, onların 49-u “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 102 nəfər tutulub.
Həmçinin narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.**
R.Babayev