Rəsmi Bakı İslamın terrorizmlə əlaqələndirilməsini düzgün hesab etmir. Bunu xarici işlər naziri Elmar Məmmədyarov deyib.
“İslamın terrorizmlə əlaqələndirilməsi cəhdləri qətiyyən yolverilməzdir”, - deyə o, Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Fəcr” qəzetinə müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, terrorizmdən əziyyət çəkən ölkə kimi Azərbaycan birmənalı şəkildə beynəlxalq sülh və təhlükəsizliyə ən ciddi təhlükələrdən biri kimiterrorun bütün forma və təzahürlərini pisləyir.Ölkəmiz bundan sonra da islami dəyərlərin qorunub saxlanılması və təbliğinə tam dəstəyini ifadə etməklə,İslamofobiya meyllərinin gətirdiyi ayrı-seçkilik, düşmənçilik və zorakılığa qarşı mübarizəyəöz töhfəsini verməkdə davam edəcək.
E.Məmmədyarov islamofobiya meyllərinin qarşısını almaq üçün bütün İslam ölkələrinin öz səylərini birləşdirməsinin vacibliyini vurğulayıb.
“Müasir dünyamızda müxtəlif din və məzhəblər arasında baş verən qarşıdurmalar, xüsusilə sülh və anlaşma dini olan İslamın qəsdən terrorizm ilə əlaqələndirilməsi cəhdləri Qərb cəmiyyətlərindəislamofobiya meyllərinin artmasına səbəb olur ki, bu da tolerant Azərbaycan xalqında ciddi narahatlıq doğurur. Bu qəbuledilməz meylin daha da artmasının qarşısını almaq üçün bütün İslam ölkələri öz səylərini birləşdirməli və İslamın doğru-dürüst obrazını yaymaq məqsədilə işbirliyini əlaqələndirməlidirlər”, - deyə o bildirib.*
R.Babayev