Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın deputat mandatına xitam verilib.
“M.Əliyeva ardıcıl olaraq üç dəfə Milli Məclisə deputat seçilib. O, öhdəsinə düşən işləri yüksək peşəkarlıqla yerinə yetirib”, - deyə MSK sədri Məzahir Pənahov qeyd edib.
Onun sözlərinə görə, M.Əliyeva birinci vitse-prezident təyin olunması ilə əlaqədar deputat mandatından məhrum edilməsi üçün MSK-ya müraciət edib.*
R.Babayev