“Azərenerji” ASC (Azərbaycanda elektrik enerjisinin istehsalı üzrə dövlət inhisarçısı) 2017-ci ilin yanvar-fevral aylarında 4 mlrd. 72 mln. kVt/saat elektrik enerjisi istehsal edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ASC-nin mətbuat xidmətindən məlumat verilib.
2016-cı ilin yanvar-fevral aylarında “Azərenerji” 4 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edib. Beləliklə, 2017-ci ilin yanvar-fevral aylarında artım 1,8% səviyyəsində olub.
Fevralda ”Azərenerji” 1,908 mlrd. kVt/saat elektrik enerjisi istehsal edib.
“Ümumilikdə, bu ilin yanvar-fevral aylarında Azərbaycanda 4,137 mlrd. kVt/saat, o cümlədən fevralda 1,937 mlrd. kVt/saat elektrik enerjisi istehsal olunub”, - deyə məlumatda qeyd edilir.
Ötən il “Azərenerji” 22,6 mlrd. kVt/saat elektrik enerjisi istehsal edib.*
N.Abbasova