2017-ci ilin fevral ayında Azərbaycanda neft hasilatının sutkalıq həcmi 776,4 min barel təşkil edib. Bu barədə Energetika Nazirliyindən məlumat verilib.
“Fevralda ölkədə sutkalıq neft hasilatının həcmi yanvar ayında 793,9 min barelə qarşı 776,4 min barel olub. Nazirliyə daxil olan Monitorinq Komitəsinin məktubunda qeyd olunur ki, Azərbaycan neft hasilatının azalmasına dair öhdəliklərini 214% yerinə yetirib”, - deyə məlumatda deyilir.
Monitorinq Komitəsi öz məktubunda qeyd edib ki, Azərbaycan neft hasilatının azlmasında aparıcı rol oynayan ölkələrdən bidirir. Bu cür dövlətlərin töhfəsi olmadan OPEC və kartelə daxil olmayan ölkələr yanvar ayı üçün neft hasilatının azalmasına dair öhdəliklərini 86%-dən az yerinə yetirərdilər.
Nazirliyin məlumatına görə, fevralda ölkədə xam neftin sutkalıq hasilat həcmi 726,4 min barel, kondensat hasilatının həcmi 50 min barel təşkil edib.
Ötən ay Azərbaycandan xam neftin sutkalıq ixrac həcmi 604,1 min barel neft, 50 min barel kondensat və 26,8 min barel neft məhsulları təşkil edib.
“Beləliklə, Azərbaycan sutkada neft hasilatının 35 min barel azalması üzrə öhdəliklərini tam yerinə yetirib”, - deyə məlumatda vurğulanır. **
N.Abbasova