Azərbaycan Respublikasının İspaniya Krallığındakı, eyni zamanda, Andorra Knyazlığındakı səfiri Anar Məhərrəmov etimadnaməsini Fransa Respublikasının prezidenti, eyni zamanda, Andorra Knyazlığının həmşahzadəsi Fransua Ollanda təqdim edib. Bu barədə Azərbaycanın İspaniyadakı səfirliyinin məlumatında deyilir.
“F.Olland səfir A.Məhərrəmovu bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb”, - deyə məlumatda bildirilir.
O, diplomatdan salamlarını prezident İlham Əliyevə çatdırmağı xahiş edib.*
R.Babayev