Əmlak Məsələləri Dövlət Komitəsi “Ceyranbatan Dəmir Beton” Səhmdar Cəmiyyətinin səhmlərinin 99,23%-nin satışı üzrə təkrar investisiya müsabiqəsi elan edir. Bu barədə “Interfaks-Azərbaycan” agentliyinə Komitədən məlumat verilib.
Nominal dəyəri 2 manat olan 524,801 min səhmin satışı üzrə müsabiqədə hüquqi və fiziki şəxsləri ilə yanaşı, xarici investorlar da iştirak edə bilərlər.
İnvestisiya proqramı müəssisənin fəaliyyətinin bərpası və ya digər istehsal sahəsinin yaradılmasıa yönəldilməlidir. Proqrama fəaliyyət növündən asılı olaraq yeni texnologiyaların tətbiqinə dair təkliflər; istehsal olunan məhsulun çeşidinin artırılmasına dair təkliflər; yeni iş yerlərinin yaradılmasına dair təkliflər; mövcud tikili və qurğuların bərpasına, habelə zəruri tikililərin inşasına dair təkliflər daxil olmalıdır.
İnvestiya Proqramının məbləği 2 mln. manatdan az olmamalıdır.
Müsabiqənin qalibi müəssisənin səhmlərinə görə dövlət büdcəsinə 800 min manatdanm az vəsait ödəməməlidir.
Müsabiqənin nəticələri haqqında protokol təsdiq olunduğu tarixdən 30 gün müddətində səhmdar cəmiyyətinin səhmlərinin alqı-satqı müqaviləsi imzalanmalıdır. Müqavilə imzalandığı tarixdən 60 gün müddətində təklif olunmuş investisiya həcminin ümumi məbləğinin müəyyən hissəsinin 5%-ə qədərinin pul vəsaiti şəklində səhmdar cəmiyyətinin hesablaşma hesabına köçürülməlidir.
İddiaçıların ərizə və təkliflərinin qəbulu 6 aprel 2017-ci il tarixinədək keçirilir. Müsabiqə Komissiyası tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi 7 aprel tarixində baş tutacaq.
ƏMDK 2016-cı ilin iyun ayında SC-nin səhmlərini investisiya müsabiqəsinə çıxarıb. **
N.Abbasova