Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva repsublikanın inkişafı üçün səy göstərməyə hazırdır.
“Sizi əmin etmək istərdim ki,gələcəkdə fəaliyyətimdə mənəvi dəyərlərə arxalanacağam və Azərbaycanın inkişafı naminə bütün gücümlə çalışacağam”, - deyə M.Əliyeva bu gün Milli Məclisin plenar iclasında bildirib.
M.Əliyeva öz çıxışında vurğulayıb ki, yeni posta təyinatla əlaqədar parlamentdə deputat qismində fəaliyyətini dayandırır. “10 ildən artıqdır ki, Milli Məclisin deputatı olmuşam. Parlamentdə fəaliyyətim dövrü ərzində sağlam mühitin şahidi olmuşam. Ötən 12 il ərzində parlamentdə böyük həyat yolu keçdim”, - deyə M.Əliyeva vurğulayıb.
Azərbaycanın birinci vitse-prezidenti qeyd edib ki, ötən illər ərzində dünta ictimaiyyətini ölkənin problemləri barədə məlumatlandırmaq və respublikanın inkişafı üçün çox işlər görüb. “Hər zaman və hər yerdə Azərbaycanın işğal olunan 20% ərazilərinin, o cümlədən Dağlıq Qarabağ və ətraf 7 rayonun işğöalı barədə həqiqəti dünya birliyinə çatdırmışam. 1 milyondan artıq qaçqın və məcburi köçkün barədə söz açmışam. Rəhbəri olduğum Heydər Əliyev Fondu Xocalı soyqırıma dair çox sayda ədəbiyyat nəşr edib”, - deyə o bildirib. **
R.Babayev