Nüvə proqramını inkişaf etdirilməsi cəhdlərinə görə Çinə qarşı tətbiq olunan sanksiyalar təsir göstərmir, daha əsaslı tədbirlər lazımdır. Azərbaycan XİN başçısı Elmar Məmmədyarov belə hesab edir.
“Çinin raket sınaqlarını qınayan növbəti qətnaməni qəbul edərkən anlayıram ki, Çinin özünün, Rusiyanın özünün maraqları var. Bəlkə də daha əsaslı tədbirlər həyata keçirmək lazımdır”, - deyə nazir Diplomatik Akademiyada çıxışı zamanı bildirib.
O vurğulayıb ki, Çinə qoşun yeridilməsi problemi həll etmir.
“Liviya, İraqda baş verənlərə nəzər salın. İndiyə qədər ölkəni zərrə-zərrə bir yerə toplamağa çalışırlar”, - deyə E.Məmmədyarov vurğulayıb.
“Biz raket sınaqlarını təhlükəli tendensiya hesab edirik. Çində raket texnologiyalarının inkişafı regionda gərginlik yaradır. Bu da Cənubi Koreya və Yaponiyanı narahat edir”, - deyə nazir yekun vurub. **