SOCAR 2016-cı il dekabrın 15-də “Səngəçal-Xərə-Zirə-Duvannı” yatağında baş vermiş qəza nəticəsində həlak olan və itkin düşən neftçilərin ailələrinə ümumilikdə 185 min 712,33 manat və $3,063 min məbləğində maddi yardım göstərib. Bu barədə şirkətin məlumatında deyilir.
«Bu məbləğə həlak olan neftçilərin ailələrinə birdəfəlik ödənişlər və onların bank kreditləri üzrə qalıq borclarının ödənilməsi və digər maddi yardım növləri daxildir», - deyə məlumatda qeyd olunur.
Bundan başqa, həlak olan neftçilərin uşaqları, ümumilikdə 10 nəfər uşaq N.Nərimanov adına NQÇİ tərəfindən himayəyə götürülüb.*
N.Abbasova