“Baker Tilly Audit Azərbaycan” MMC “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin 2016-cı il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin auditini keçirəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cəmiyətdən məlumat verilib.
“Baker Tilly Audit Azərbaycan” müvafiq seçimin qalibi elan edilib. Şirkətlə 3 mart tarixində satınalma müqaviləsi bağlanıb”, - deyə məlumatda deyilir.
Vergilər Nazirliyi 2012-ci ildə “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətini qeydiyyata alıb. **
A.Əzizov