Bakı-Sumqayıt yolunda mikroavtobusun iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər həlak olub. Bu barədə yerli KİV-lər məlumat yayıb.
Ölənlərin hər ikisi tələbədir.
İlkin məlumata görə, qəza mikroavtobusun yola çıxan piyadanı vurmamaq üçün manevr edərkən yolun kənarında dayanmış yük avtomobilinə çırpılması nəticəsində baş verib.
"Qəza səbəbindən Bakı-Sumqayıt yolunda tıxac yaranıb", - deyə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri xəbər verir.*
F.İsazadə