Qarabağ münaqişəsinin nizamlanması güc tətbiq olunmama, dövlətlərin ərazi bütövlüyünə hörmət prinsipləri və xalqarın öz müqəddəratını təyin etmək hüququ əsasında həyata keçirilməlidir. Fransa prezidenti Fransua Olland belə hesab edir.
Parisdə Ermənistan prezidenti Serj Sarqsyanın şərəfinə verilən rəsmi naharda F.Olland bəyan edib ki, dinc və təhlükəsiz gələcəyin qurulması naminə Qarabağ probleminin nizamlanması üçün səy göstərilməlidir.
“Status-kvodan pis heç nə ola bilməz. 23 ildən artıqdır ki, tərəflər arasında danışıqlar heç bir nəticə vermir”, - deyə Fransa prezidenti vurğulayıb. **