İtaliyanın “Snam” qaz şirkəti Trans-Adriatik (TAP) qaz boru kəməri (TAP) layihəsinə 270 mln. avro sərmayə yatıracaq. Bu barədə şirkətdən məlumat verilib.
“2017-2021-ci illər ərzində “Snam” 5 mlrd. avro sərmayə yatıracaq (qaz nəqli sektoruna - İF-Az). “Snam” İtaliyanın qaz şəbəkəsini və Avropa infrastruktur sistemini daha da inkişaf etdirmək məqsədilə 4,7 mlrd. avro, TAP layihəsinə isə 270 mln. avro sərmayə yatıracaq”, - deyə məlumatda deyilir.
5 mlrd. avro dəyərində sərmayələrin ümumi planı çərçivəsində 0,2 mlrd. avrodan artıq boru kəməri şəbəkəsinin işinin səmərəliliyinin artırılması məqsədilə innovasiyalar və yeni texnologiyalar, həmçinin boru kəmərlərinin distant monitorinqi, mümkün sızmaların real zaman miqyasında aşkar edilməsi üçün nəzərdə tutulub.
Həmçinin şirkət məlumat verib ki, TAP konsorsiumu ilə İtaliyada boru kəmərinin dəniq və quru hissəsinin tikintisinin dəstəklənməsi üçün 50 mln. avro dəyərində müqavilə imzalayıb.
“Bu saziş “Snam”a TAP-dan ilk qazın vaxtında və büdcəyə uyğun təminatı üçün öz imkanlarından istifadə etməyə imkan verəcək”, - deyə məlumatda vurğulanır. **
N.Abbasova