Daxili İşlər Nazirliyi 5 nəfərin ölümü ilə nəticələnən Bakı-Sumqayıt yolunda baş verən qəza ilə bağlı cinayət içi qaldırıb.
“AR Cinayət Məcəlləsinin müvafiq məddləri ilə cinayət işi qaldırılıb. Hazırda istintaq tədbirləri həyata keçirilir”, - deyə “İnterfaks-Azərbaycan” agentliyinə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Cümə axşamı Bakı-Sumqayıt yolunda mikroavtobusun iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb, 19 nəfər xəsarət alıb. Həlak olanlar Sumqayıt Dövlət Universitetinin tələbələri olub.
lkin məlumata görə, qəza mikroavtobusun yola çıxan piyadanı vurmamaq üçün manevr edərkən yolun kənarında dayanmış yük avtomobilinə çırpılması nəticəsində baş verib.**
F.İsazadə