SOCAR 2014-2016-cı illərdə Azərbaycan Beynəlxalq Bankından (ABB) respublika üzrə qazlaşdırma işlərinin həyata keçirilməsi üçün 671 mln. manat məbləğində kredit cəlb edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
«SOCAR ABB-dən iki kredit – 2014-cü ildə 472,8 mln. manat, 2016-cı ildə 198 mln. manat cəlb edib», - deyə məlumatda bildirilir.
Vəsaitlər “Azərbaycan Respublikasıregionlarının 2014-2018-ci illərdəsosial-iqtisadi inkişafı Dövlət Proqramı” və “Bakı şəhərinin və onun qəsəbələrininsosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulan qazlaşdırma işlərininhəyata keçirilməsi məqsədilə cəlb olunub.*
N.Abbasova