2017-ci il yanvarın 1-nə Azərbaycanın birbaşa və zəmanətli xarici dövlət borcu $6,9 mlrd. təşkil edir ki, bu da 2015-ci ilin sonuna olan göstəriciyə uyğundur.
"1 yanvar 2017-ci il tarixinə Azərbaycan ümumilikdə $10,9 mlrd. məbləğində kredit haqqında sazişlər imzalayıb. İstifadə edilmiş kreditlər üzrə xarici borc $6,9 mlrd. təşkil edir", - deyə hökumətdən “İnterfaks-Azərbaycan” agentliyinə məlumat verilib.
Ötən il respublika imzalanmış sazişlər çərçivəsində $1,2 mlrd. məbləğində kredit vəsaiti istifadə edib. Bu vəsait elektrik stansiyalarının tikintisi, kanalizasiya sisteminin modernləşdirilməsi, su təchizatının yaxşılaşdırılması və digər infrastruktur layihələrinin həyata keçirilməsinə yönəldilib.
2016-cı ildə xarici borcun ödənilməsinə $719,2 mln. yönəldilib, bunun $569,3 mln.-u əsas borc üzrə ödənişlərin, $149,9 mln.-u kreditlər üzrə faiz ödənişlərinin payına düşüb.*
A.Əzizov