2016-cı ildə Vergilər Nazirliyinin həyata keçirdiyi səyyar yoxlamarın nəticələri üzrə dövlət büdcəsinə ödənilən vergilərin əlavə həcmi 971 mln. 869,6 min manta təşkil edib, bud a 2015-ci ilin göstəricisindən 8,7% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
Ötən il nazriliyin yoxlamaları 7,088 min vergi ödəyicisini, həmçinin 5,296 min hüquqi və 1,792 min fiziki şəxsi əhatə edib (2015-c illə müqayisədə azalma 42% - İF).
Aparılan yoxlamalar zamanı 6,855 min vergi ödəyicisində müəyyən pozuntular aşkar edilib.
“Ötən il həyata keçirilən səyyar yoxlamalar əsasında dövlət büdcəsinə əlavə vergilərin məbləği 971 mln. 869,6 min manat təşkil edib, bunun 628 mln. 454,2 min manatı və ya 64,7%-i əlavə vergilər, 343 mln. 415,4 min manatı və ya 35,3%-i maliyyə saknsiyaları və cərimələr təşkil edib”, - deyə nazirlikdən bildiriblər. **
A.Əzizov