Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) ilə Azərbaycan Banklar Assosiasiyasının (ABA) nümayəndələri arasında yeni prudensial normaların layihələri müzakirə edilib. Bu barədə ABA-nın məlumatında deyilir.
“Görüşdə “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”, “Banklarda açıq valyuta mövqeyinin müəyyən edilməsi və tənzimlənməsi Qaydaları” və “Banklarda kredit risklərinin idarə edilməsi Qaydaları”nın layihələri ilə bağlı müzakirələr aparılıb”, – deyə məlumatda bildirilir.
Bank nümayəndələri tərəfindən yeni qaydalarla əlaqədar təkliflər irəli sürülüb və bu təkliflərin qısa zaman ərzində ABA tərəfindən sistemləşdirilərək Palataya ünvanlanmasına qərar verilib.*
A.Axundov