Nazirlər Kabineti "Azərbaycan Respublikasının vergi orqanları işçilərinin aylıq vəzifə maaşları haqqında"qərar qəbil edib.
2016-cı ildə nazirlik struktur dəyişiklikləri həyata keçirib. Bununla əlaqədar normativ-hüquqi bazanın, həmçinin nazirliyin Aparatının əməkdaşlarının əmək haqqlarının yeni struktura uyğunlaşdırılmasına zərurət yaranıb.
Bununla belə, aylıq vəzifə maaşlarında heç bir dəyişiklik olmayıb. Xüsusilə, Aparatın rəhbərinin maaşı 1,01 min manat, Aparatın rəhbərinin müavininin - 940 manat, Departamentin baş direktoru, təminedici idarənin və şöbənin (mərkəzin) direktorunun - 890 manat, Departamentin baş direktorunun, təminedici idarənin və şöbənin (mərkəzin) direktorunun birinci müavininin - 770 manat, Departamentin baş direktorunun, təminedici idarənin və şöbənin (mərkəzin) direktorunun müavini, yardımçı idarənin və şöbənin (mərkəzin) direktorunun - 760 manat, Departamentin, təminedici idarənin tərkibində olan idarənin direktoru, şöbənin rəhbərinin -750 manat, nazirin müşaviri, nazirin köməkçisinin - 730 manat səviyyəsində təsdiq olunub.
Bu qərar 2017-ci il yanvarın 1-dən qüvvəyə minir. **
A.Əzizov